Modern.az

Bakıda yenə tıxac var - Bu yollarda

Bakıda yenə tıxac var - Bu yollarda

Aktual

13 Aprel 2023, 08:28

Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb.

 

Modern.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtın bəzi yollarında sıxlıq müşahidə edilir.

 

Hazırda yollardakı vəziyyət:

 

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

 

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

5. "20 Yanvar" dairəsində;

 

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 

7. Badamdar şosesi, mərkəz istiqamətində;

 

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

 

9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

 

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

 

14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?