Modern.az

Hakimlərin Seçki Komitəsinə yeni sədr seçildi

Hakimlərin Seçki Komitəsinə yeni sədr seçildi

Aktual

15 İyul 2023, 09:56

2023-cü ilin iyulun 14-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

 

Hakimlərin Seçki Komitəsindən Modern.az-a verilən xəbərə görə, Məhkəmə-Hüquq Şurasının 13 iyul tarixli iclasında Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.

 

Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

 

İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...