Modern.az

Şuşada Ələt Azad İqtisadi Zonasının təqdimatı olub

Şuşada Ələt Azad İqtisadi Zonasının təqdimatı olub

Aktual

18 İyul 2023, 16:42

İyulun 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclasında Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təqdimatı olub.

 

Modern.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iclas iştirakçılarına Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı