Kolumbiyanın Quetame qəsəbəsində torpaq sürüşməsi baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər yaralanıb, daha 20 nəfər isə itkin düşüb.
Həlak olanlar arasında azyaşlılar da var. Sürüşmə nəticəsində 20 ev dağılıb.
Ölkə prezidenti Qustavo Petro hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.