Modern.az

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir

Aktual

25 İyul 2023, 16:46

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir.

 

UNEC-dən Modern.az-a bildirilib ki, sənədlərin qəbulu avqustun 31-dək aparılacaq. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?