Modern.az

Pakistan aviaşirkəti Azərbaycanda filial açır

Pakistan aviaşirkəti Azərbaycanda filial açır

Aktual

26 İyul 2023, 11:49

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Pakistan İnternational Airlines Corporation Limited" şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

 

Modern.az Nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 151, qanuni təmsilçi isə Pakistan vətəndaşı Haider Bilaldır.

 

Xatırladaq ki, "Pakistan İnternational Airlines Corporation Limited" ölkəsinin müxtəlif şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?