Modern.az

Qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Aktual

27 İyul 2023, 17:12

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının “Ford” markalı, 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucov tərəfindən daşındığı məlum olub.

 

Faktla bağlı akt, protokol tərtib olunub və sürücülər barədə  qanunamüvafiq tədbirlər görülüb.

 

Novxanıdan qanunsuz qum-çınqıl daşındığı aşkarlandı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV