Modern.az

Şəkidə qanunsuz kömür quyusu aşkarlandı

Şəkidə qanunsuz kömür quyusu aşkarlandı

Aktual

28 İyul 2023, 11:52

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.



Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ələddin Əsgərov olduğu müəyyən edilib.



“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı