Modern.az

DİN videosu yayılan azyaşlıları nəzarətə götürdü

DİN videosu yayılan azyaşlıları nəzarətə götürdü

Aktual

28 İyul 2023, 13:00

Sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

 

Modern.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

 

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin ünvan müəyyən edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib və onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar.

 

Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı