Modern.az

Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb

Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb

Aktual

28 İyul 2023, 13:40

Gürcüstanda QİÇS xəstəliyinə yoluxanların sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin 2022-ci ilə dair səhiyyə göstəriciləri hesabatında bildirilib.

 

Qeyd olunub ki, 2022-ci il ərzində ölkədə QİÇS xəstəliyinə 617 yoluxma halı təsdiqlənib ki, bu da 2021-ci illə müqayisədə 16,4% çoxdur.

 

Statistikaya əsasən Gürcüstanda QİÇS xəstəliyi daşıyıcılarının sayı 9 779 nəfərdir. 2022-ci ildə Gürcüstanda QİÇS-dən ümumilikdə 140 ölüm halı qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı