Modern.az

Yaşayış binasında köməksiz qalanlar xilas olundu - VİDEO

Yaşayış binasında köməksiz qalanlar xilas olundu - VİDEO

Aktual

28 İyul 2023, 14:20

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Səbail rayonu, Nizami küçəsində çoxmənzilii yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində biri azyaşlı olmaqla 2 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.


Xilasedicilər əməliyyat şəraitinə uyğun təhlükəsizlik qaydalarına riayət etməklə 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsi ilə qapının kilidini açaraq vətandaşların xilas olunmasını təmin ediblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı