Modern.az

Temperatur 7 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Temperatur 7 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Aktual

28 İyul 2023, 15:24

Bakıda və Abşeron yarımadasında iyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək 25-28° isti olacaq.

 

Azərbaycanın rayonlarında iyulun 29-dan 30-u səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı