Modern.az

Nazir müavininə yeni vəzifə həvalə olundu

Nazir müavininə yeni vəzifə həvalə olundu

Aktual

28 İyul 2023, 16:00

Kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvü olacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini də Komissiyanın üzvləri sırasında yer alacaq.

 

Komissiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini əvəzləyəcək.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı