Modern.az

Toyda pul səpməyin! - Polisdən çağırış

Toyda pul səpməyin! - Polisdən çağırış

Aktual

28 İyul 2023, 16:12

Özbəkistan polisi vətəndaşlardan toylarda pul səpməyə son qoymağı xahiş edib.

 

Modern.az xəbər verir ki, bu barədə rəsmi teleqram kanallarında məlumat yayılıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, əskinaslarda vətəndaşların hörmət etməli olduğu dövlət rəmzləri təsvir olunub. Bu səbəbdən pulları ayaq altına atmaq düzgün deyil.

 

Qeyd edək ki, Özbəkistanda toylarda yeni evlənənlərə uğur və xoşbəxtlik diləmək üçün pul səpmək (şabaş atmaq) ənənəsi var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı