Modern.az

İranda həbsdə olan azərbaycanlı azadlığa BURAXILDI

İranda həbsdə olan azərbaycanlı azadlığa BURAXILDI

Aktual

28 İyul 2023, 16:24

Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Təbriz Turan” məlumat yayıb.

 

Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.

 

O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.

 

Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı