Modern.az

Peşə hazırlığına cəlb edilənlərin SAYI 

Peşə hazırlığına cəlb edilənlərin SAYI 

Aktual

29 İyul 2023, 10:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6113 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, onlardan 3518 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2595 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

 

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunub.

 

Hazırlıq kurslarını uğurla bitirən müdavimlərdən 2311 nəfəri müvafiq sahələr üzrə işlə təmin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı