Modern.az

Azərbaycanlı ata və oğul Rusiyada öldü

Azərbaycanlı ata və oğul Rusiyada öldü

Aktual

30 İyul 2023, 20:58

Əslən azərbaycanlı olan Rusiya vətəndaşları faciəvi şəkildə ölüblər.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çəninndə təmir işləri apararkən partlayış baş verib.

 

Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2 də Qarabağlıya gətiriləcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!