Modern.az

Vilayət Eyvazovun qəbul vaxtı dəyişdi

Vilayət Eyvazovun qəbul vaxtı dəyişdi

Aktual

31 İyul 2023, 17:14

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə təyin olunub.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı