Qızılağac milli parkı 2018 - ci il 26 sentyabrda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə Lənkəran şəhəri, Balıqçılar qəsəbəsində yaradılmışdır. Qızılağac milli parkının ərazisi 99060 ha-dır.Ərazi çox zəngin flora faunaya sahibdir. Qızılağac milli parkının 94965 ha ərazisi Lənkəran rayonu ərazisi,3785.89 ha ərazisi Masallı rayonu, 309.11 ha ərazisi Neftçala rayonu ərazisində yerləşir. Quru ərazinin sahəsi 63971 ha, su akvatoriyası isə 35089 ha-dır. Su akvatoriyası Kiçik Körfəz və Böyük Körfəz olmaqla 2 hissədən ibarətdir. Parkda turizmə əlverişli 7 marşrut istiqaməti müəyyən edilmişdir.
Böyük Körfəz marşrutu 1.5 km
Razyana marşrutu 9 km
Kür dili marşrutu 15 km
Quşlar diyarı marşrutu 17 km
Turac marşrutu 15 km
Viləş marşrutu 5.5 km
Kiçik Körfəz marşrutu
Bu marşrutlarda turistlərin rahat istirahət etməsi üçün pikniklər yaradılmışdır. Milli parka gələn turistlərə milli parkın flora və faunası haqqında ətraflı məlumat bələdçi tərəfindən verilir. 2023 – cü ildə parka gələn sayında ötən ilə nisbətən artım qeydə alınmışdır.Bakı dövlət universitetinin yüzlərlə tələbə və müəllimləri, Lənkəran Kaspi təhsil mərkəzinin yüzlərlə tələbə və müəllimləri ilə birlikdə milli parkda turizmin inkişafı ilə bağlı olaraq ekoloji maarifləndirmə aparılır. Milli parka dünyanın bir çox ölkələrindən Danimarka, Latviya, Polşa, Çexiyadan turistlər gəlib və xoş təəsüratlarla ayrılıblar. Turistlərin sayını artırmaq məqsədilə bir çox turizmn şirkətləri ilə , həmsərhəd olan kənd və məktəblərdə turizmlə bağlı turistlərin milli parka cəlb olunması ilə əlaqədar olaraq maarifləndirmə işləri aparılır.Son günlərdə müşahidələrimiz nəticəsində müəyyən etmişik ki, turistlər quru marşrutlarından daha çox su marşrutlarına üstünlük verirlər. Bunun səbəbi isə onlar daha onların quşları və digər dəniz heyvanları yaxından müşahidə edə bilməsidir. Gəmi ilə dənizə səyahətə çıxmaq bunun səbəblərindən biridir. Bu məqsədlə milli parka müxtəlif növ böyük gəmi və qayıqlar gətirilmişdir.