Modern.az

Surət Hüseynovun ölümünün TƏFƏRRÜATI

Surət Hüseynovun ölümünün TƏFƏRRÜATI

Aktual

1 Avqust 2023, 14:42

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun ölümünün təfərrüatı məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbuldakı “Medipol Meqa” Universitet Xəstəxanasının rəhbəri Aydın Ünal yazılı açıqlama yayıb.

 

Ünalın sözlərinə görə, İstanbul hava limanında qəfil huşunu itirməsi və infarkt keçirməsi səbəbindən iyulun 30-da səhər saatlarında Hüseynov təcili yardım maşınında intubasiya edilərək “Arnavutköy” İstanbul Dövlət Xəstəxanasına aparılıb:

 

“Hüseynov “Medipol Meqa” xəstəxanasının 3-cü dərəcəli reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı onun huşsuz vəziyyətdə olduğu və ürək döyüntülərinin dayandığı məlum olub. Bununla bağlı reanimasiya və zəruri tibbi prosedurlar aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Hüseynovun həyatını xilas etmək mümkün olmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı