Fransa həbsxanalarında məhbusların sayı ötən il 2020-ci ilin yayından bəri 15 min 818 nəfər artaraq rekord səviyyəyə çatıb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Fransada məhbusların sayı apreldə ilk dəfə olaraq 73 mini keçib. Hazırda həbsxanalarının doluluq səviyyəsi 122,8 faizə, təcridxanaların doluluğu isə 146,3 faizə yüksəlib.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi 2020-ci ildə cəzaçəkmə müəssisələrində hədsiz sıxlığa görə Fransanın ədliyyə sistemini tənqid edib və fundamental hüquqları ciddi şəkildə pozulan 32 məhbusa 25 min avro təzminat ödənilməsi barədə qərar çıxarıb.