Çex Respublikasının Prezidenti Petr Pavel 14 ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı müharibədə leqal olaraq iştirak etmək istəyən çexlər üçün ölkə prezidentinin icazəsi zəruridir.
Çexiya qanunvericiliyinə görə, xarici ölkələrin silahlı qüvvələrdə xidmət etməsi, zəruri hallar istisna olunmaqla, qadağandır. Bu hüquq yalnız ölkə prezidentinin xüsusi sərəncamı ilə mümkündür, əks halda Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənləri Çexiyada cinayət təqibi gözləyir.