Modern.az

Azərbaycan üçün önəmli olan prosesin nəticəyönümlü olmasıdır

Azərbaycan üçün önəmli olan prosesin nəticəyönümlü olmasıdır

Aktual

2 Avqust 2023, 15:36

2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır, kapitulyasiya aktıdır, sülh razılaşması deyil və təbii ki, dövlətlərarası əlaqələrin əsas və beynəlxalq hüquqda təsbit olunmuş istiqamətlərinin - ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi prinsiplərin yer almadığı sənəd Azərbaycan-Ermənsitan münasibətlərinin tam və əsaslı normallaşması üçün baza rolunu oynaya bilməz.

 

Bu sözləri Modern.az saytına Prezident İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edən millət vəkili Azər Kərimli deyib.

 

Azər Kərimli qeyd edib ki, Azərbaycanın irəli sürdüyü təkliflər sülhün prinispial şərtlərini ifadə edir və beynəlxalq hüququn təməl prinsiplərinə söykənir: “Davamlı sülh üçün, cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik və onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarına son qoymalıdır. Yəni Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib, digər tərəfdən müxtəlif adlar və bəhanələr altında, məqsədi Qarabağın Azərbaycandan qopardılması olan separatçıları dəstəkləməməli, Azərbaycan ərazilərində yaşayan erməni azlığının cəmiyyətimizə reinteqrasiyasının zəruruliyini vurğulamalı, təşviq etməli və bu prosesə münasibətdə səmimi davranmalıdır”.  

 

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərin nəticəyönümlü olması barədə səsləndirdiyi fikirlərə diqqət çəkən millət vəkilinin qənaətinə görə, “Brüssel formatı” çərçivəsində aparılan danışıqların ümumi mənzərəsi də bunu söyləməyə əsas verir: “Məlum olduğu kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, məhz Avropa İttifaqı Prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlər çərçivəsində bəyan edib. Bu çox önəmli məqamdlr. Çünki bəlli olduğu kimi, Azərbaycanla Ermənsitan arasındakı ziddiyyətlərin təməlində də, işğalın ilk günlərindən başlayaraq, məhz ərazi bütövlüyü amili dayanıb. Bu baxımdan, Avropa İttifaqının daha yaxşı vasitəçi ola biləcəyini söyləmək üçün kifayət qədər əsas var. Digər tərəfdən, cənab Prezident müsahibəsində  Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini, Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdə çox həssas məsələlərə toxunmaq imkanının yarandığını qeyd edib. Bütün bunlar da çox önəmli məqamlardır.  Bununla yanaşı, Azərbaycan üçün önəmli olan prosesin kimin tərəfindən aparılacağı yox, nəticəyönümlü olmasıdır. Azərbaycanın Ermənistandan fərqli olaraq, qütblərarası manevr və manipulyasiyalara vaxt ayırmağa nə zamanı, nə də istəyi var. Dövlətimiz məkan və zamandan asılı olmayaraq, yalnız Azərbaycan xalqının mənafeyindən çıxış edir və milli maraqlara söykənən müstəqil mövqe sərgiləyir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı