Modern.az

“TikTok” daha bir ölkədə qadağan edildi

“TikTok” daha bir ölkədə qadağan edildi

Aktual

2 Avqust 2023, 17:16

Qərbi Afrika ölkəsi Seneqalda "TikTok" növbəti xəbərdarlığa qədər qadağan edilib.

 

Modern.az xəbər verir  ki, bu barədə ölkənin Rabitə Nazirliyi yazılı açıqlama yayıb. 

 

"TikTok" ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilib.

 

Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı