Modern.az

Timsah 29 yaşlı futbolçunu yedi

Timsah 29 yaşlı futbolçunu yedi

Aktual

2 Avqust 2023, 22:19

Timsah "Deportivo Rio Canas" həvəskar klubunun kosta rikalı futbolçusu Xesus Alberto Lopez Ortisi yeyib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, hadisə şənbə günü baş verib. Heyvan idmançıya Quanakaste əyalətində Kanas çayında çimərkən hücum edib. Hadisədən sonra timsah hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

 

"Deportivo Rio Canas" klubu sosial şəbəkələrdə futbolçunun dəfn mərasiminin çərşənbə günü baş tutduğunu bildirib.

 

29 yaşlı Lopez Ortizin iki övladı var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı