Modern.az

MİQ imtahanından keçənlərə mövzular təqdim olundu

MİQ imtahanından keçənlərə mövzular təqdim olundu

Aktual

3 Avqust 2023, 10:46

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.

 

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Xatırladaq ki, iyulun 26-31-də keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı