Avqustun 11-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun inzibati binasında Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Modern.az-a nazirlikdən bildirilib.
Məlumata görə, qəbulda iştirak etmək istəyənlər qurumun “Çağrı Mərkəzi” (1652) və ya +99460 5966962 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
