Modern.az

“Qarabağ” - HİK matçının hakimləri bəlli oldu

“Qarabağ” - HİK matçının hakimləri bəlli oldu

Aktual

3 Avqust 2023, 15:04

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

 

Avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İsraildən olan ədalət təmsilçiləri idarə edəcək. Roy Reynşreyiber baş hakim olacaq. Ona David Elias Biton və Saqi Metzamber kömək edəcək. Dördüncü hakim funksiyasını Erez Papir yerinə yetirəcək.

 

Bir həftə sonra Helsinki stadionunda təşkil olunacaq cavab qarşılaşmasında ədaləti fransalılar qoruyacaq. Villi Delajodun baş hakim olduğu matçda ona Ervan Finjean və Filipp Jan kömək edəcək. Tomas Leonard isə dördüncü hakim olacaq.

 

Qeyd edək ki, ilk oyun saat 20:00-da, cavab matçı 21:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı