Modern.az

Bakıda rektorun adından "pul" paylanılır - Yeni dələduzluq

Bakıda rektorun adından

Aktual

3 Avqust 2023, 15:16

Bakıda yeni dələduzluq növü ilə bağlı xəbərlər yayılıb. 

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə edilən paylaşımlarda bildirilir ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşların pulu mənimsənilir.

 

İddia edilir ki, Yasamal rayonu ərazisində kimliyi bilinməyən 30-35 yaşlı oğlan vətəndaşlara yaxınlaşaraq onlara guya 150 manat ehsan verir. Sözügedən şəxsin dediyinə görə, pul hansısa institut rektorlarının birinin adından təqdim edilir. Məsələ burasındadır ki, pul verilərkən 200 manatlıq saxta əsginas formasında verilir və qarşılığında 50 manat qalıq istənilir. 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir. Hazırda məsələ ilə bağlı DİN-in müvafiq qurumunda araşdırma aparılır.”

 

Sözügedən paylaşımı olduğu kimi təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı