Modern.az

Özbəkistanda çoxarvadlılığa görə 38 nəfər həbs edilib

Özbəkistanda çoxarvadlılığa görə 38 nəfər həbs edilib

Aktual

3 Avqust 2023, 17:24

Özbəkistanda 2023-cü ilin birinci yarısında dörd, son 5 il ərzində isə 38 kişi çoxarvadlılığa görə məhkum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, 2018-2022-ci illərdə Cinayət Məcəlləsinin 126-cı (“Çoxarvadlılıq”) maddəsi ilə 34 kişi məsuliyyətə cəlb olunub.

 

Qeyd edək ki, Özbəkistanda çoxarvadlılığa görə cərimə, islah işləri və bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!