Modern.az

Evlərdən mobil telefon oğurlayanlar saxlanıldı

Evlərdən mobil telefon oğurlayanlar saxlanıldı

Aktual

4 Avqust 2023, 10:52

Nərimanov rayonunda evlərdən mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.

 

Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı