Modern.az

İybilmənin itməsi yaddaş pozuntularına səbəb olur

İybilmənin itməsi yaddaş pozuntularına səbəb olur

Aktual

4 Avqust 2023, 11:42

Yeni araşdırmalar iybilmə qabiliyyətinin insanda yarana biləcək potensial xəstəlikləri proqnozlaşdıra biləcəyini sübut edir.

 

Modern.az “ScitechDaily” saytına istinadla xəbər verir ki, ABŞ-ın Çikaqo Universitetinin alimləri bu barədə nevroloji tədqiqat aparıblar. Məlum olub ki, uşaq yaşlarından iybilmə qabiliyyətinin inkişaf səviyyəsi onun gələcəkdə nə kimi xəstəliklərə tutula biləcəyini göstərir.

 

Çikaqo Universitetinin Nevrologiya şöbəsinin alimləri kəşf ediblər ki, qoxu ilə əlaqəli APOE genində zədə olan uşaqlar gələcəkdə Altsheymer üçün risk qrupu təşkil edirlər. Digər bir tədqiqat isə iddia edir ki, iybilməsnin itməsi hətta zəkanın inkişafdan qalmasına səbəb ola bilir.

 

Tədqiqatın baş koordinatoru Metyu Qudsimitin fikrincə, iybilmə ilə bağlı xəstəliyin erkən aşkarlanması və müalicəsi gələcəkdə bizi müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasından qoruyacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı