Modern.az

“Baksol” yolunda maşınların hərəkəti bərpa edildi

“Baksol” yolunda maşınların hərəkəti bərpa edildi

Aktual

4 Avqust 2023, 12:14

Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

 

Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı