Modern.az

Kursantların düşərgə toplanışı - VİDEO

Kursantların düşərgə toplanışı - VİDEO

Aktual

4 Avqust 2023, 13:06

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantların çöl şəraitində keçirilən düşərgə toplanışında praktiki tədris məşğələləri davam edir.

 

MN-dən Modern.az-a verilən xəbərə görə, təlim-atış poliqonunda müxtəlif çaplı atıcı silahlardan gecə və gündüz şəraitində şərti düşmən hədəflərinin yerindən məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

 

Çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

 

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışında qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək fəallıq nümayiş etdirirlər.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!