Modern.az

Həftəsonu milli parklarda hava necə olacaq - PROQNOZ

Həftəsonu milli parklarda hava necə olacaq - PROQNOZ

Aktual

4 Avqust 2023, 13:20

Həftəsonu milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Modern.az Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən avqustun 5 və 6-da milli parklar üçün hava proqnozunu təqdim edir:

 

Samur –Yalama milli parkı

 

Havanın arabir yağışlı keçəcəyi, 05-i gündüz 06-da əsasən yağmursuz olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30°isti olacaq.

 

Altıağac milli parkı

 

İstirahət günlərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq.

 

Ağgöl milli parkı

 

Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-30° isti olacaq.

 

Qızılağac milli parkı

 

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

 

Göygöl milli parkı

 

Arabir leysan xarakterli, intensiv yağış yağacağı gözlənilir, 05-də gündüz, 06-da
əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti , gündüz 20-25° isti olacaq.

 

Şirvan milli parkı

 

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq.

 

Hirkan milli parkı

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı