Modern.az

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb

Aktual

4 Avqust 2023, 12:46

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.

 

Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir.

 

Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!