Modern.az

Novruz Aslanov seçiciləri ilə görüşdü - FOTOLAR

Novruz Aslanov seçiciləri ilə görüşdü - FOTOLAR

Aktual

4 Avqust 2023, 14:14

Milli Məclisin deputatı Novruz Aslanov avqust ayının 4-də İsmayıllı rayonunun Qurbanəfəndi və Xanagah kəndlərində seçicilərin səyyar qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, deputat öncə Qurbanəfəndi kəndində icra nümayəndəliyinin ofisində, daha sonra Xanagah kəndində icra nümayəndəliyinin ofisində seçicilərlə görüşlər keçirib.

 

Qaldırılan məsələlər əsasən şəxsi məişət problemləri və sosial müdafiə məsələləri ilə bağlı olub. Sakinləri maraqlandıran məsələlər və istəkləri diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Müraciətlər qeydiyyata alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb. Digər mövzular ətrafında da müzakirələr aparılıb. Bəzi məsələlər operativ surətdə yerində həllini tapıb. 

 

Əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində müvafiq müraciətlərin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı