Modern.az

Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Aktual

4 Avqust 2023, 15:56

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədli ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

 

Modern.az xəbər verir ki, bunu sədr tviter hesabında bildirib.

 

"Görüşdə AMB-nin ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun müasir tələblərə cavab verməsi istiqamətində gördüyü işlərə dair fikir mübadiləsi apardıq, müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında AMB-nin həyata keçirəcəyi fəaliyyətlər və layihələrdə iştirak perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı