Modern.az

Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

Aktual

4 Avqust 2023, 16:40

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

 

Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

 

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!