Modern.az

Daha 4 medal təsis edildi - RƏSMİ

Daha 4 medal təsis edildi - RƏSMİ

Aktual

4 Avqust 2023, 16:44

Azərbaycanda yeni medallar təsis edilib.

 

Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

 

Beləliklə, dəyişikliklə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” ilə əlaqədar yubiley medalları təsis edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı