Modern.az

Ana həbsdəki oğluna psixotrop maddə keçirmək istədi

Ana həbsdəki oğluna psixotrop maddə keçirmək istədi

Aktual

4 Avqust 2023, 17:57

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.2 və 178.3.2-ci maddələri ilə məhkum edilmiş Emil Ceyhun oğlu Şirinovla görüşə gəlmiş anası Səbinə Tofiq qızı Şirinovanın baxış keçirilən zaman üzərində 0,029 qram metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!