Modern.az

Vnukovo aeroportunda məhdudiyyətlər aradan qaldırıldı - YENİLƏNİB

Vnukovo aeroportunda məhdudiyyətlər aradan qaldırıldı - YENİLƏNİB

Aktual

6 Avqust 2023, 14:06

Moskvanın Vnukovo aeroportuna təyyarələrin qəbulu və uçuşlarına qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, yerli vaxtla saat 11:55-dən aeroport işçi rejimdə çalışır.

 

***

13:37

 

Moskva vaxtı ilə saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidməti bildirib.

 

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, - mətbuat xidməti bildirib.

 

Onlar əlavə ediblər ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.

 

Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...