Modern.az

Hataydakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Hataydakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Aktual

6 Avqust 2023, 17:13

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda baş verən meşə yanğınları nəzarət altına alınıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğınların söndürülməsinə 2 təyyarə, 4 helikopter, 20 su çiləyici maşın, 2 TOMA, 4 inşaat maşını, 19 su tankeri, 9 ilk müdaxilə maşını, 18 pikap cəlb olunub.

 

Hatay valiliyi təxribat ehtimalını araşdırmaq üçün bölgəyə pilotsuz uçuş aparatlarının yerləşdirildiyini bildirib.

 

***

14:13

 

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda meşə yanğını baş verib.

 

Modern.az xəbər verir ki, Taxtaköprü məhəlləsində qeydə alınan yağın bölgəsinə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

 

Qeyd edək ki, 2 yanğınsöndürmə helikopteri, 15 çiləyici maşın və 2 su çəni ilə havadan və qurudan yanğınla mübarizə davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı