Modern.az

Türkiyə hökuməti toplanır - Qarabağ müzakirə olunacaq

Türkiyə hökuməti toplanır - Qarabağ müzakirə olunacaq

Aktual

7 Avqust 2023, 10:03

Bu gün Türkiyə hökumətinin iclası olacaq.

 

Modern.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda daxili və xarici siyasət məsələləri müzakirə ediləcək.

 

Xarici siyasətlə bağlı mövzulardan biri Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri olacaq.

 

Bundan əlavə, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alacaq. Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq, habelə İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, terrorizmlə mübarizə məsələləri də əsas müzakirə mövzularından olacaq.

 

Daha sonra Kahramanmaraşdakı zəlzələdən sonra 6 ay ərzində vilayətdə görülmüş işlər barədə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı