Modern.az

Şovi kurortu tamamilə məhv olub - Kaladze

Şovi kurortu tamamilə məhv olub - Kaladze

Aktual

7 Avqust 2023, 10:48

Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

 

Onun sözlərinə görə, Şovidə baş verənlər çox ciddi problemlər yaradıb. Belə ki, infrastruktur dağılıb, Şovi palçıq altında qalıb. Kaladze deyib ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin cəsədi tapılıb, təxminən 20 nəfərin axtarışları davam etdirilir. Ölənlərdən 14-nün şəxsiyyəti müəyyən edilib. Onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı