Modern.az

Sumqayıtda turniketlərin işində fasilə yaranıb

Sumqayıtda turniketlərin işində fasilə yaranıb

Aktual

7 Avqust 2023, 11:25

Bu gün səhər saat 07:20- 07:40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilib.

 

Hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!