Modern.az

Taliban 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan etdi

Taliban 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan etdi

Aktual

7 Avqust 2023, 12:26

Taliban hökuməti Əfqanıstanın bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Bildirilir ki, ölkənin Təhsil Nazirliyinin rəsmiləri tərəfindən Qəzni vilayətindəki məktəblərin direktorlarına 10 yaşından yuxarı qızların təhsil almasına icazə verilmədiyi barədə xəbərdarlıq mesajı göndərilib.

 

Taliban hökuməti ancaq oğlanların təhsil almasını məqbul sayır. Bu məqsədlə ötən ilin dekabr ayından qızların kollec və universitetdə təhsil alması qadağan olunub.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!