Modern.az

Futbol sevgisi 11 il axtarışda olan şəxsi ələ verdi

Futbol sevgisi 11 il axtarışda olan şəxsi ələ verdi

Aktual

7 Avqust 2023, 15:44

İllərlə qaçaq həyatı yaşayan italyan mafiya üzvü Vinçenzo La Porta azarkeşi olduğu "Napoli"nin çempionluğunu qeyd edərkən tutulub.

 

Modern.az xəbər verir ki, İtaliyanın 100 ən təhlükəli cinayətkarı siyahısında yer alan və 11 il axtarışı davam edən Porta futbola olan sevgisi səbəbindən ələ keçirilib.

 

Onun illərdir gizlətdiyi kimliyi azarkeşi olduğu “Napoli”nin çempion olduğu bayramda üzə çıxıb. 60 yaşlı La Portanın yeri Yunanıstanın Korfu adasında yerləşən restoranda şənlik zamanı çəkilmiş fotodan məlum olub. 

 

Qeyd edək ki, Yunanıstanda qaçaq həyatı yaşayan La Portanın İtaliyaya ekstradisiya edilərək 14 il həbs cəzası alması gözlənilir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...