Modern.az

Restoranın həyətində ağac kəsildi

Restoranın həyətində ağac kəsildi

Aktual

9 Avqust 2023, 18:02

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Modern.az-a bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

 

“Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı