Dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna”, “Astara”, “Bilgəh-2”, “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.